​Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozulub

​Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozulub Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
3 Noyabr , 2014 09:35
​Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozulub

Bakı. 3 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, erməni silahlı bölmələri Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi