​Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vertolyotunun vurulması ilə bağlı rəsmi məlumat yayıb - YENİLƏNİB

​Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vertolyotunun vurulması ilə bağlı rəsmi məlumat yayıb - YENİLƏNİB "Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb"
Qarabağ
12 Noyabr , 2014 16:27
​Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vertolyotunun vurulması ilə bağlı rəsmi məlumat yayıb - YENİLƏNİB

Bakı. 12 noyabr. REPORT.AZ/ Ermənistanın razm.info saytı yazıb ki, ilkin məlumatlara görə, vertolyotun vurulması nəticəsində 3 erməni ölüb.

***

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vertolyotunun vurulması ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda qeyd olunub ki, düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

“Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”, – deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi