Azərbaycan MN: Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır

Azərbaycan MN: Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır "Onlar tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb"
Qarabağ
12 Yanvar , 2015 15:41
Azərbaycan MN: Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır

Bakı. 12 yanvar. REPORT.AZ/ “Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhədi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə bir-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb. Acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyil”. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır. Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə “neytral zonada” qalan “cəsədin” götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir”.

Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimiz bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Son xəbərlər

Orphus sistemi