Bakı. 13 may.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.
V.Dərgahlının sözlərinə görə, həmin döyüşlərdə ermənilərdən azad edilən yüksəkliklər müdafiə olunur, orada lazımi şərait yaradılıb: “Azərbaycan ordusunda döyüş ruhu yüksəkdir. Bu döyüşlərdə 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb”.