Azərbaycan BQXK-ya müraciət edərək Ermənistanı müharibə qaydalarını pozmaqdan çəkindirməyə çağırıb

Azərbaycan BQXK-ya müraciət edərək Ermənistanı müharibə qaydalarını pozmaqdan çəkindirməyə çağırıb Ermənilər kənd qəbiristanlığında 20-dən çox məzarı dağıdıb
Qarabağ
27 Aprel , 2016 15:43
Azərbaycan BQXK-ya müraciət edərək Ermənistanı müharibə qaydalarını pozmaqdan çəkindirməyə çağırıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Belə ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılıb, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib.

Bu hallar hazırda da davam edir.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi