Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə "Report" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində olub.