Azərbaycan mövqelərinə basqın edən erməni diversiya qrupunun 2 üzvü öldürülüb, xeyli sayda yaralılar var

Azərbaycan mövqelərinə basqın edən erməni diversiya qrupunun 2 üzvü öldürülüb, xeyli sayda yaralılar var Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib
Qarabağ
13 Noyabr , 2015 12:28
Azərbaycan mövqelərinə basqın edən erməni diversiya qrupunun 2 üzvü öldürülüb, xeyli sayda yaralılar var

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib. "Report" xəbər verir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə, ermənilərin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.

Son xəbərlər

Orphus sistemi