Azərbaycan Dağlıq Qarabağda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır

Azərbaycan Dağlıq Qarabağda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır Elmar Məmmədyarov: "Bu münaqişə irəliləyişin təmin olunmasını tələb edir, çünki hər ötən gün insan itkisinə səbəb olur"
Qarabağ
7 Aprel , 2016 13:21
Azərbaycan Dağlıq Qarabağda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dağlıq Qarabağda qısa zamanda qoşunların təmas xəttindən çıxarılmasının tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

"Bu münaqişə ən qısa zamanda irəliləyişin təmin olunmasını, çıxış yolunun tapılmasının tələb edir, çünki hər ötən gün insan itkisinə səbəb olur. Hesab edirəm ki, məsələnin həllinə konkret yanaşmaq lazımdır. Silahlı qüvvələr mütləq şəkildə kazarmalara qayıtmalıdır. Bu, nə qədər tez olarsa, bir o qədər yaxşıdır", - deyə nazir Rusiya və İran XİN başçıları - Sergey Lavrov və Məhəmməd Cavad Zərif ilə danışıqlardan sonra bildirib.

Son xəbərlər

Orphus sistemi