Azay Quliyev: “Ermənistan atəşkəsin elan olunmasından nəticə çıxarmalıdır”

Azay Quliyev: “Ermənistan atəşkəsin elan olunmasından nəticə çıxarmalıdır” “Bütün potensialımızı səfərbər etməliyik”
Qarabağ
6 Aprel , 2016 11:40
Azay Quliyev: “Ermənistan atəşkəsin elan olunmasından nəticə çıxarmalıdır”

Bakı. 6 aprel. REPORT.AZ/ “Azərbaycan ermənilərə çox ağır dərs verərək cəzalandırdı. Ordumuzun bu uğurunu hər kəs dəstəkləyir. Qeyri-Hökumət Təşkilatları da ordumuza dəstək istiqamətində öndə olmalıdır. QHT-lərin əsas vəzifəsi ondan ibarətdir ki, bugünkü həssas məqamda dövlətin yanında olsunlar”.  “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

O bildirib ki, hər kəs həm savaş meydanında, həm də virtual aləmdə aktiv olmalıdır: “Yaxın günlərdə cəbhə bölgəsinə gedəcəyik, orada QHT nümayəndələri ilə görüşlər keçiriləcək. Ən vacib iş bölgədə əhali ilə iş aparmaq və dezinformasiyaların qarşısını almaqdır. Çalışmalıyıq ki, əsaslandırılmamış məlumatlar tirajlanmasın. Buna görə bütün potensialımızı səfərbər etməliyik. Xalqımızda da döyüş əhval-ruhiyyəsi yüksəkdir. Atəşkəsin elan olunmasından Ermənistan nəticə çıxarmalıdır, danışıqlar masasında özünü səmimi aparmalıdır, işğal etdikləri torpaqları qaytarmalıdır. Ermənistan böyük çaşqınlıq içərisindədir, bir neçə gün əvvəl işğal etdiyi torpaqların bir hissəsini itiriblər. Azərbaycan uzun müddət torpaqların işğalda qalmasına razı olmayacaq. Sonda biz qələbə qazanacağıq”.

Son xəbərlər

Orphus sistemi