Avropa Şurasının komissarı: "Dağlıq Qarabağdakı vəziyyət ciddi narahatlıq doğurur"

Avropa Şurasının komissarı: "Dağlıq Qarabağdakı vəziyyət ciddi narahatlıq doğurur" Nies Mujnieks münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına riayət etməyə çağırıb
Qarabağ
18 Aprel , 2016 17:01
Avropa Şurasının komissarı: Dağlıq Qarabağdakı vəziyyət ciddi narahatlıq doğurur

Bakı. 18 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ciddi narahatlıq doğurur". "Report" xəbər verir ki, bunu AŞPA-nın Strasburqda keçirilən plenar iclasında çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks deyib.

O qeyd edib ki, münaqişə zonasında təmas xəttində gərginliyin artması dinc sakinlərin əziyyət çəkməsinə və ölümünə gətirib çıxarır.

AŞ komissarı münaqişə tərəflərini gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb: "Beynəlxalq Qızıl Xaç Komitəsini cəlb etmək və beynəlxalq humanitar hüquqa normalarına riayət etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi