​Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

​Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq BAK Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib
Qarabağ
6 Mart , 2015 17:42
​Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

Bakı. 6 mart. REPORT.AZ/ Avropa Komissiyası Benilüks Azərbaycanılılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

Qurumdan diaspor təşkilatına ünvanlanmış rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə baxılacağı bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Mogeriniyə BAK-ın Avropa İnstitutlarına ünvanlanmış müraciətinə baxılmasını tövsiyə edib.

Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa İnstitutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış bəyannamə qəbul etmişdi. Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.

Müraciətdə həmçinin Avropanın beynəlxalq təşkilatlarını və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb.

Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.

Son xəbərlər

Orphus sistemi