ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriblər Vasitəçilər sərhədi piyada olaraq Ermənistan tərəfə keçiblər
Qarabağ
17 Oktyabr , 2014 11:09
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriblər

Bakı. 17 oktyabr . REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriblər. Bu barədə "Report" "Аrmenpress"ə istinadən xəbər verir.

Ermənistan KİV-nin məlumatına görə, monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sahə köməkçiləri tərəfindən atəş səsləri qeydə alınıb.

Sərhədi keçdikdən sonra həmsədrlər İcevanda olub, burada Tavuş vilayətinin qubernatoru Ovik Abovyan ilə görüşüblər, eləcə də yerli sakinlərlə söhbət ediblər. Bundan sonra vasitəçilər Yerevana yollanıblar.

Xatırladaq həmsədrlərin regiona səfəri oktyabr ayının 1-də başlayıb. Onlar əvvəlcə Bakıya gəlib, burada Azərbaycanın prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər .

Yerevanda həmsədrlər Ermənistanın prezidenti və XİN rəhbəri ilə görüşməyi planlaşdırırlar. Görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin oktyabr ayının sonlarında Parisdə keçiriləcək görüşünə hazırlıq prosesinin müzakirə olunması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi