ATƏT-in Minsk qrupunun həmsədri: “Uelsdə görüş səmərəli keçib”

ATƏT-in Minsk qrupunun həmsədri: “Uelsdə görüş səmərəli keçib” ABŞ bundan sonra da münaqişənin sülh yolu ilə tənzimlənməsinə köməklik edəcəyini bəyan edib
Qarabağ
5 Sentyabr , 2014 11:22
ATƏT-in Minsk qrupunun həmsədri: “Uelsdə görüş səmərəli keçib”

Bakı. 5 sentyabr. REPORT. AZ /  "Uelsdə ABŞ-ın baş katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı səmərəli danışıqlar aparıb". Report-un verdiyi xəbərə görə, bu barədə görüşdə iştirak etmiş ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

D.Uorlik əlavə edib ki, ABŞ bundan sonra da münaqişənin sülh yolu ilə tənzimlənməsinə köməklik etməyə hazırdır. 

Xatırladaq ki, sentyabr ayının 4-də Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ dövlət katibinin birgə görüşü olub. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

Azərbaycan və Ermənistan prezidentlərinin əvvəlki görüşü avqust ayının 10-da Soçidə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi