​ATƏT sədrinin xüsusi nümayəndəsi Ermənistanın müdafiə naziri ilə görüşüb

​ATƏT sədrinin xüsusi nümayəndəsi Ermənistanın müdafiə naziri ilə görüşüb Onlar son günlər təmas xəttində baş verən hadisələri müzakirə ediblər
Qarabağ
28 Mart , 2015 12:27
​ATƏT sədrinin xüsusi nümayəndəsi Ermənistanın müdafiə naziri ilə görüşüb

Bakı. 28 mart. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər son günlər təmas xəttində baş verən hadisələri müzakirə ediblər.

A.Kaspşik vəziyyətin sabitləşməsi üçün səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi