ATƏT sədri: Prezidentləri bu cür insidentlərin qarşısının alınması üçün əllərindən gələni etməyə çağırıram

ATƏT sədri: Prezidentləri bu cür insidentlərin qarşısının alınması üçün əllərindən gələni etməyə çağırıram Didye Burqxalter Azərbaycan və Ermənistan prezidentlərini dialoqu davam etdirməyə çağırıb
Qarabağ
13 Noyabr , 2014 13:39
ATƏT sədri: Prezidentləri bu cür insidentlərin qarşısının alınması üçün əllərindən gələni etməyə çağırıram

Bakı. 13 noyabr. REPORT.AZ/ "Prezidentləri bu cür insidentlərin qarşısının alınması üçün əllərindən gələni etməyə və atəşkəs rejiminə riayət etməyə çağırıram".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Didye Burqxalterin noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlə bağlı bəyanatında deyilir. 

Fəaliyyətdə olan sədr təcavüzlərin bu il ərzində misilsiz sayda insan tələfatına səbəb olmasına görə təəssüf etdiyini bildirib. "Atəşkəsə və əvvəllər göstərilən səylərə ciddi şəkildə riayət olunması münaqişənin həllinə şərait yaradacaq lazımi etimad səviyyəsinə nail olmaq üçün vacib amildir" - deyə, bəyanatda qeyd olunub.

D.Burqxalter ATƏT-in Minsk qrupunun həmsədrlərinin dünənki bəyanatına istinad edərək, əlaqələrin yüksək səviyyədə intensivləşdirilməsindən məmnun olduğunu bildirib və  Azərbaycan və Ermənistan prezidentlərini dialoqu davam etdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi