ATƏT PA qış sessiyasında azərbaycanlı girovlarla bağlı məsələ qaldırılıb

ATƏT PA qış sessiyasında azərbaycanlı girovlarla bağlı məsələ qaldırılıb Həmin məsələ ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan və Ermənistana səfəri zamanı müzakirə olunacaq
Qarabağ
19 Fevral , 2015 17:28
ATƏT PA qış sessiyasında azərbaycanlı girovlarla bağlı məsələ qaldırılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Ermənistanda qanunsuz saxlanılan azərbaycanlı girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Vyanada keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı qaldırılıb. "Report" xəbər verir ki, bu məsələ barədə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edib.

B.Muradova qeyd edib ki, azərbaycanlılar D.Əsgərov və Ş.Quliyev Kəlbəcər rayonunda öz qohumlarının məzarlarını ziyarət etdikləri zaman girov götürülüblər. Deputat vurğulayıb ki, bu məsələ ilə bağlı yazılı şəkildə ATƏT PA katibliyinə müraciət edilib. 

"Təəssüf ki, bugünkü mənzərə məyusedicidir, onlar hələ də girovluqdadır", - B.Muradova bildirib. 

"Azərbaycanlıların öz doğma yurdlarına baş çəkmək hüquqlarını pozan separatçılara qarşı hansı sanksiyalar tətbiq oluna bilər?", - deputat əlavə edib. 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN rəhbəri İvitsa Daçiç ATƏT-in Minsk qrupunun mövcud formatını dəstəklədiyini bildirib. O qeyd edib ki, təşkilatda sədrliyi çərçivəsində Serbiya həmin münaqişənin həlli istiqamətindəki fəaliyyətini gücləndirmək niyyətindədir. 

İ.Daçiç vurğulayıb ki, yaxın müddətdə Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır Səfər zamanı hər iki ölkənin rəhbərləri ilə müzakirələr aparmaq və bir sıra məsələləri, o cümlədən girovlarla bağlı məsələni qaldırmaq imkanı olacaq. 

Son xəbərlər

Orphus sistemi