ATƏT PA-nın prezidenti: "Qarabağdakı son dramatik hadisələr münaqişələrin sabitliyi pozmaq potensialını nümayiş etdirdi"

ATƏT PA-nın prezidenti: "Qarabağdakı son dramatik hadisələr münaqişələrin sabitliyi pozmaq potensialını nümayiş etdirdi" "Fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradənin mövcudluğu bütün münaqişələrin həllinin tapılması üçün həlledici əhəmiyyətə malikdir"
Qarabağ
18 Aprel , 2016 09:09
ATƏT PA-nın prezidenti: Qarabağdakı son dramatik hadisələr münaqişələrin sabitliyi pozmaq potensialını nümayiş etdirdi

Bakı. 18 aprel. REPORT.AZ/ "Son bir ayda həm Ukraynada, həm də Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş son dramatik hadisələr münaqişələrin sabitliyi pozmaq və insan itkiləri gətirmək potensialını nümayiş etdirdi".

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (AŞPA) prezidenti İlkka Kanerva Almaniya və Fransa sərhədində ATƏT-in 15 ölkəsindən olan deputatların görüşündə həlli uzadılmış münaqişələrin nizamlanması üzrə müzakirələr zamanı deyib.

"ATƏT regionunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradənin mövcudluğu bütün münaqişələrin həllinin tapılması üçün həlledici əhəmiyyətə malikdir. Buna görə də ATƏT üçün hər hansı bir həllin tapılmasında mühüm komponent olan deputatların bu münaqişələrin həllinə qatqısı vacibdir", - deyə İ.Kanerva bildirib.

O, deputatların bu görüşünün Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi vəziyyətin gərginləşməsi ilə əlaqədar xüsusilə aktuallıq qazandığını qeyd edib.

Qeyd edək ki, görüşdə Azərbaycan, Albaniya, Ermənistan, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, İtaliya, Litva, Moldova, Rusiya, İsveç və İsveçrə parlamentariləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi