ATƏT MQ-nin həmsədri təmas xəttində monitorinq zamanı baş verən insidenti şərh edib

ATƏT MQ-nin həmsədri təmas xəttində monitorinq zamanı baş verən insidenti şərh edib Ceyms Uorlik: "Bu, təhlükəsizlik zəmanətinin açıq-aydın pozulmasıdır"
Qarabağ
16 Yanvar , 2015 17:53
ATƏT MQ-nin həmsədri təmas xəttində monitorinq zamanı baş verən insidenti şərh edib

Bakı. 16 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik təşkilatın Azərbaycan və Ermənistan təmas xəttində monitorinqi zaman baş verən insidenti şərh edib.

"Report" xəbər verir ki, C.Uorlik bu barədə öz "twitter" səhifəsində yazıb. "ATƏT-in monitorinqi zamanı atışma haqqında məlumat təhlükəsizlik zəmanətinin açıq-aydın pozulmasıdır", - o qeyd edib.

Qeyd edək ki, yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı Azərbaycan-Ermənistan təmas xəttində növbəti monitorinq keçirilən zaman ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi