ATƏT MQ həmsədr ölkələri: Böyük sülh müqaviləsi üzrə danışıqlar mümkün qədər tez başlamalıdır

ATƏT MQ həmsədr ölkələri: Böyük sülh müqaviləsi üzrə danışıqlar mümkün qədər tez başlamalıdır "Münaqişənin həlli üzrə əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür"
Qarabağ
4 Dekabr , 2014 15:30
ATƏT MQ həmsədr ölkələri: Böyük sülh müqaviləsi üzrə danışıqlar mümkün qədər tez başlamalıdır

Bakı. 4 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olaraq qalırlar. Onlar münaqişənin hərbi yolla həllinin olmadığını qeyd edirlər, zorakılıqdan çəkinməyə və davamlı sülhün əldə olunması üçün fəal işləməyə çağırırlar. "Report" xəbər verir ki, bu barədə Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak edən həmsədr ölkələrin nümayəndə heyətləri başçılarının birgə bəyanatında deyilir.

Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Qarlem Dezir qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı təəssüf etdiklərini bildiriblər.

"İyul-avqust aylarında hərbi əməliyyatlar xeyli sayda insan tələfatına, gərginliyin daha da artmasına və tərəflər arasında etimadın bir qədər də azalmasına gətirib çıxarıb. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbir görməli və sülh danışıqlarının irəliləməsi üçün daha əlverişli şərait yaratmalıdırlar", - bəyanatda deyilir. 

Nümayəndə heyətlərinin rəhbərləri münaqişənin dərinləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb. 

"Azərbaycan və Ermənistan prezidentləri arasında 2014-cü ildə Soçi, Nyuport və Parisdə keçirilən üç görüş tərəflər arasında ən mühüm əlaqə kanalını canlandırıb. Biz prezidentlərin dialoqunu gələn il fəallaşdırmaq haqqında Paris sazişini alqışlayırıq. Bu tərəflər üçün ziddiyyəti aradan qaldırmaq və etimadı bərpa etmək üçün bir müddətdir", - bəyanatda qeyd olunur. 

"Həmsədr ölkələrin himayəsi altında böyük sülh müqaviləsinə dair danışıqlar mümkün qədər tez başlamalıdır. Davamlı sülhə nail olmaq üçün biz əvvəlki kimi tərəflərlə sıx əlaqədə işləməyə və yeni sülh səhifəsini açmağa hazırıq", - nümayəndə heyətləri rəhbərləri bəyanatda qeyd ediblər. 

Onlar vurğulayıblar ki, münaqişənin həlli üzrə əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi