ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyə razılığını gözləyir

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyə razılığını gözləyir Uorlik: "Bu ana görə, növbəti görüşün tarixi və yeri məlum deyil"
Qarabağ
4 Oktyabr , 2016 12:31
ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyə razılığını gözləyir

Bakı. 4 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin - İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə razılıq verəcəyinə ümid edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Prezidentlərin növbəti görüşlə bağlı razılıq verəcəyinə ümid edirik. Hazırda növbəti görüşün tarixi və yeri məlum deyil" - o vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər münaqişənin həlli üzrə onun tərəfləriylə işləməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi