ATƏT qoşunların təmas xəttindəki vəziyyətdən narahatdır

ATƏT qoşunların təmas xəttindəki vəziyyətdən narahatdır ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədri birgə bəyanatla çıxış ediblər
Qarabağ
7 Fevral , 2015 20:39
ATƏT qoşunların təmas xəttindəki vəziyyətdən narahatdır

Bakı. 7 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təşkilatın fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç birgə bəyanatla çıxış ediblər.

"Report" xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda, vasitəçilər münaqişə tərəflərini siyasi iradə nümayiş etdirərək danışıqlar prosesini aktivləşdirdməyə çağırıblar.

Həmsədlər danışıqlar prosesinə töhfə verməyə hazır olduqlarını, həmçinin bölgədə yaşanan gərginliyinin azaldılmasının vacib olduğunu vurğulayıblar.

Qeyd olunur ki, münaqişə bölgəsində artan gərginlik bütün region üçün ciddi təhlükə mənbəyidir və bu vəziyyət xüsusi ilə dinc sakinlərin həyatını təhlükə altına qoyur.

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin hesabatında 2015-ci ilin yanvar ayı ərzində 12 ölüm və 18 yaralanma faktı qeyd olunub. Bu da 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra qeydə alınan ən çox göstəricidir. 2014-cü ildə isə 60 nəfər həlak olub və biz bu qorxulu tendensiyanın davam etməsindən narahatıq. Biz tərəfləri hücumlara, dinc sakinlərə atəş açmağa son qoymağa çağırırıq və gərginliyin azalması və atəşkəs rejiminin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görməyə səsləyirik. Biz tərəfləri siyasi iradə göstərməyə, yubatmadan və qeyd-şərtsiz danışıqlar prosesinə başlamağa çağırırıq" - deyilən sənəddə, o da qeyd olunur ki, meyitlərin və əsirlərin qaytarılması kimi humanitar məsələlər öz həllini tapmalıdır.

Son xəbərlər

Orphus sistemi