Bakı. 25 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla həlli yollarına dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjej Kasprşik iştirak ediblər.