Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub.
Görüşdə tərəflər ATƏT-in gündəliyindəki məsələlər, bir sıra beynəlxalq və regional problemlər haqqında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət də müzakirə edilib.