Bakı. 12 oktyabr. REPORT.AZ/ "Hazırda elə məqamdır ki, beynəlxalq ictimaiyyət
O, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərlə bağlı narahatlığını ifadə edib: "Vəziyyət olduqca ciddidir. Hazırda müşahidə etdiyimiz bir neçə insident olduqca təhlükəlidir, ona görə ki, bu kimi hallar bölgədə, eləcə də Azərbaycan-Ermənistan sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər. Bu məsələyə siyasi diqqəti artırmaq lazımdır".
Baş katib xatırladıb ki, cari ilin sentyabrında Nyu-Yorkda həmsədrlərin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib: "Mən hesab edirəm ki, onlar öz aralarında başqa bir görüşün, eləcə də prezidentlərin görüşünün keçirməsini də planlaşdırlar", - Zanyer deyib.
O, həmçinin qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılması vacibliyini də qeyd edib: "Biz hadisələrin inkişaf dinamikasını diqqətdə saxlayırıq, xüsusilə də ağır silahlardan istifadə edilməsi bizdə narahatlıq doğurur. Mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi təşəbbüslərin irəli sürülməsi vaxtı çatıb".