ATƏT baş katibi hərbi insidentlərin qarşısının alınması üçün platforma yaradılmasını təklif edib

ATƏT baş katibi hərbi insidentlərin qarşısının alınması üçün platforma yaradılmasını təklif edib Onun sözlərinə görə, bu sazişlərə insidentlərin araşdırılması üzrə xüsusi prosedurlar daxil edilə bilər
Qarabağ
28 Aprel , 2016 12:43
ATƏT baş katibi hərbi insidentlərin qarşısının alınması üçün platforma yaradılmasını təklif edib

Bakı. 28 aprel. REPORT.AZ/ ATƏT baş katibi Lamberto Zannyer hərbi insidentlərin qarşısının alınması üçün yeni beynəlxalq platforma yaradılmasını təklif edib. "Report" xəbər verir ki, L.Zannyer bu barədə bu gün beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı fikir bildirib.

"Biz hərbi insidentlərin qarşısının alınması üçün yeni platforma yaradılmasını təklif edirik. Ölkələrin birtərəfli qaydada, regional əsasda qarşılıqlı fəaliyyət göstərməsi üçün Təşkilatdan da istifadə edə bilərik. Ən əsası bu gərginliyin qarşısını almaqdır", - deyə ATƏT baş katibi bildirib.

Onun sözlərinə görə, bu sazişlərə insidentlərin araşdırılması üzrə xüsusi prosedurlar daxil edilə bilər və bunun sayəsində prosesin həlli alətləri çoxalar.

Son xəbərlər

Orphus sistemi