​ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin bu il görüşəcəklərinə ümid edir

​ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin bu il görüşəcəklərinə ümid edir Bunu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib
Qarabağ
22 Oktyabr , 2015 01:52
​ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin bu il görüşəcəklərinə ümid edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Biz Ermənistan və Azərbaycan prezidentlərinin ilin sonunadək görüşəcəklərinə ümid edirik".

"Report"un məlumatına görə, bunu "News.am"a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik bildirib.

ATƏT-in Minsk qrupu tərəfindən Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində mümkün yeni təkliflərlə bağlı fikir bildirən Kasprşik qeyd edib ki, bütün təkliflər Madrid prinsipləri çərçivəsində müzakirə olunur.

Minsk qrupu həmsədrlərinin bu ilin oktyabrın 26-da Ermənistana, 28-də isə Azərbaycana səfərləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi