AŞPA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur"

AŞPA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur" "Ermənistan və Azərbaycan üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidir"
Qarabağ
18 Aprel , 2016 13:14
AŞPA prezidenti: Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur

Bakı. 18 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur. Mən hər zaman Avropa Şurasına 47 üzv dövlətini hər birinin ərazi bütövlüyünə dəstək nümayiş etdirmişəm".

"Report" xəbər verir ki, bunu Parlament Assambleyasının yaz sessiyasının açılışında AŞPA prezidenti Pedro Aqramunt deyib.

O, zorakılığı pislədiyini və aprelin əvvəllərində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması səbəbilə həlak olanlara görə, başsağlığı verdiyini qeyd edib.

"Ermənistan və Azərbaycan üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidir", - deyə P.Aqramunt bildirib. O, əlavə edib ki, AŞPA münaqişənin həllində birbaşa iştirak etməsə də, tərəflərin yaxınlaşması üçün hər şeyi etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi