AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisi Azərbaycana gəlib

AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisi Azərbaycana gəlib Səfər çərçivəsində R.Uolter qaçqın və məcburi köçkünlərlə görüşəcək
Qarabağ
12 Mart , 2015 10:15
AŞPA-nın Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi üzrə məruzəçisi Azərbaycana gəlib

Bakı. 12 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Uolter Azərbaycana gəlib. "Report" xəbər verir ki, səfər zamanı məruzəçinin Azərbaycan prezidenti, parlament sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində R.Uolter, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və AŞPA-dakı Azərbaycan nümayəndə heyəti ilə görüşəcək.

Məruzəçinin, həmçinin qaçqınlar və məcburi köçkünlərlə, Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə məşğul olan ictimai cəmiyyət və birlik nümayəndələri ilə görüşləri də planlaşdırılır.

Xatırladaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolter 2014-cü ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunan ərazilərində vəziyyətin gərginləşməsi üzrə məruzəçi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi