ANAMA tərəfindən 5 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib

ANAMA tərəfindən 5 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar haqqında hesabat yayıb
Qarabağ
30 İyun , 2016 19:38
ANAMA tərəfindən 5 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Ağdam, Füzuli və Ağstafa rayonlarında iyunun 30-da aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a daxil olan hesabatda ayrı-ayrı kəndlər üzrə göstəricilər verilib.

Çaylı kəndi – 1 fermada 6 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.

Borsunlu kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (F-1 əl qumbarası) aşkar edilərək götürülüb, 500 kv. m ərazi yoxlanılıb.

Seydimli kəndi – 1 ev və həyətyanı sahədə, 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi) aşkar edilib, 1 000 kv. m ərazi yoxlanılıb.

Qaradağlı kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Horadiz şəhəri – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkarlanmayıb, 3 180 kv. m ərazi yoxlanılıb.

Ağstafa rayonunun Eynallı kəndi – Kənd ərazisində arxın kənarında 1 ədəd partlamamış hərbi sursat (73 mm-lik PQ-9 tank əleyhinə qumbara) aşkar edilərək götürülüb, 100 kv. m ərazi yoxlanılıb.

İyunun 30-da cəm olaraq, 1 ev və həyətyanı sahə, 1 ferma, 5 əkin sahəsi, 13 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi, 73 mm-lik PQ-9 tank əleyhinə qumbara və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, gün ərzində 19 780 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən bu il aprelin 7-dən iyunun 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 620 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 28 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 562 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi