ANAMA: Göygöl rayonunda 1859 ədəd müxtəlif növ hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

ANAMA: Göygöl rayonunda 1859 ədəd müxtəlif növ hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib Tapılan sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar olunmayıb
Qarabağ
25 İyul , 2016 19:44
ANAMA: Göygöl rayonunda 1859 ədəd müxtəlif növ hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyulun 25-də Göygöl rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursat (PHS) haqqında hesabat yayıb.

"Report"un ANAMA-ya istinadən verdiyi xəbərə görə,  hesabatda bildirilir ki, iyulun 25-də saat 15:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Göygöl rayonu, Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-da yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd – F1 əl qumbarası, 10 ədəd - UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarasi (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd – 5-45 çaplı avtomat gülləsi və 1 ədəd - “Dyankov” əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bundan əlavə, tapılan sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar olunmayıb.

Son xəbərlər

Orphus sistemi