ANAMA cəbhəyanı rayonlarda 51 ədəd PHS zərərsizləşdirib

ANAMA cəbhəyanı rayonlarda 51 ədəd PHS zərərsizləşdirib Ümumilikdə Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboyda 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış keçirilib
Qarabağ
15 Aprel , 2016 18:54
ANAMA cəbhəyanı rayonlarda 51 ədəd PHS zərərsizləşdirib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 15-də Tərtər, Goranboy və Füzuli rayonlarında 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirib, 30 partlamış və 2 partlamamış sursat aşkar edərək götürülüb. Bu barədə "Report"a ANAMA-dan bildirilib.

Tərtər rayonu

Qapanlı kəndi - 4 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.

Şıxarx kəndi -1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 6 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub.

Məlumatda qeyd olunub ki, ümumilikdə ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış keçirilib, 51 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi