ANAMA: 1417 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunub - FOTO

ANAMA: 1417 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunub - FOTO Agentlik tərəfindən təmas xəttində yerləşən kəndlərdəki ərazilərdə əməliyyatlar davam etdirilir
Qarabağ
9 May , 2016 20:56
ANAMA: 1417 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunub - FOTO

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, agentlik tərəfindən Tərtər rayonunun Qarağacı kəndində 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 30 000 kv. m ərazi yoxlanılıb.

Qaynaq kəndində 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmişdir. Gün ərzində 1 250 kv. m ərazi yoxlanılıb.

Əskipara kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçrilmiş və gün ərzində 5 000 kv. m ərazi yoxlanılmışdır. Baxış zamanı PHS aşkar olunmayıb.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilib, 36 250 kv. m ərazi yoxlanılıb, 2 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 470 kv.m ərazi qəlpələrdən təmizlənıb, heç bir PHS aşkar olunmayıb.

Cəmi 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 470 kv. m ərazi təmizlənıb.

Bu gün 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış. Gün ərzində 36 720 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 9 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi