​Amerikalı həmsədr: "Qarabağ münaqişəsinin həlli üzrə işləri aktivləşdirmək lazımdır"

​Amerikalı həmsədr: "Qarabağ münaqişəsinin həlli üzrə işləri aktivləşdirmək lazımdır" "Əgər indi deyilsə, bəs haçan?"
Qarabağ
2 Yanvar , 2016 01:56
​Amerikalı həmsədr: Qarabağ münaqişəsinin həlli üzrə işləri aktivləşdirmək lazımdır

Bakı. 2 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyəti aktivləşdirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində yazıb.

"Biz 2016-cı ildə sülh yolu ilə nizamlanma istiqamətində işləri aktivləşdirməliyik. Tərəflər hazır olduqlarını bəyan edirlər. Əgər indi deyilsə, bəs haçan?", - deyə həmsədr yazıb.

Son xəbərlər

Orphus sistemi