​Amerikalı həmsədr: "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır"

​Amerikalı həmsədr: "İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır" "Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik"
Qarabağ
15 Fevral , 2016 12:37
​Amerikalı həmsədr: İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır

Bakı. 15 fevral. REPORT.AZ/ "Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, ATƏT-in Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı dəyişilməz olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində "Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib?" sualını cavablandırarkən deyib.

Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını söyləyib.

"Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır", - o, vurğulayıb.

Son xəbərlər

Orphus sistemi