Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırırıq"

Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırırıq" Ceyms Uorlik: "Növbəti görüşün keçirilmə vaxtı təsdiqlənməyib"
Qarabağ
23 İyun , 2016 19:22
Amerikalı həmsədr: Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırırıq

Bakı. 23 iyun. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə növbəti görüşünü təşkil etməyi planlaşdırır".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan KİV-inə müsahibəsində bildirib.

"Növbəti görüşün keçirilməsinin vaxtı təsdiqlənməsə də, ABŞ, Fransa və Rusiya həmsədr ölkə olaraq prezidentlərin yeni görüşünü mümkün qədər tez təşkil etməyə cəhd edir", - deyə C.Uorlik vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub. Bundan əvvəl mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşü keçirilib. 

Son xəbərlər

Orphus sistemi