​Alyona Sterliqova Şuşada öz geyim kolleksiyasını təqdim edib

​Alyona Sterliqova Şuşada öz geyim kolleksiyasını təqdim edib Nümayiş avqustun 29-da Cıdır düzündə baş tutub
Qarabağ
30 Avqust , 2015 10:42
​Alyona Sterliqova Şuşada öz geyim kolleksiyasını təqdim edib

Bakı. 30 Avqust. REPORT.AZ/ Erməni işğalı altında olan Qarabağın Şuşa şəhərində rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatı olub.

"Report" xəbər verir ki, bu barədə "Rusnovosti" nəşrinə kolleksiyanın müəllifi məlumat verib.

Nümayiş avqustun 29-da Cıdır düzündə baş tutub. Tədbirdə Dağlıq Qarabağ sakinləri ilə yanaşı turistlər də iştirak edib.

Alyona Sterliqova bundan əvvəlki müsahibəsində yoldaşı Sterliqovun Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməsi səbəbindən Rusiyaya qayıda bilmədiklərini bildirmişdi.

Cari ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.

Son xəbərlər

Orphus sistemi