Almaniya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayırıq"

Almaniya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayırıq" O, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini də qeyd edib
Qarabağ
21 Sentyabr , 2016 11:32
Almaniya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayırıq

Bakı. 21 sentyabr. REPORT.AZ/ "ATƏT-ə sədrlik edən ölkə olaraq, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla həllini arzulayır".

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya prezidenti Yoahim Qauk Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağlı erməni həmkarı Serj Sarqsyana ünvanladığı məktubda vurğulayıb.

İnformasiyaya görə, o, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini də məktubunda qeyd edib. 

Son xəbərlər

Orphus sistemi