Almaniya Ermənistan və Azərbaycanı hərbi əməliyatları dayandırmağa çağırıb

Almaniya Ermənistan və Azərbaycanı hərbi əməliyatları dayandırmağa çağırıb “Tərəflər danışıqlara qayıtmaq üçün lazımi siyasi iradə nümayiş etdirməlidir"
Qarabağ
2 Aprel , 2016 18:16
Almaniya Ermənistan və Azərbaycanı hərbi əməliyatları dayandırmağa çağırıb

Bakı. 2 Aprel. REPORT.AZ/Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib. AFR diplomatiyasının rəhbəri tərəfləri hərbi əməliyatları dayandırmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, “münaqişə tərəfləri döyüşləri dayandırmalı və atəşkəs rejiminə tam həcmdə riayət etməlidirlər".

Ştaynmayerin fikrincə, Azərbaycan və Ermənistan Minsk qrupu çərçivəsində aparılan danışıqlara qayıtmaq üçün lazımi siyasi iradə nümayiş etdirməlidir.

Son xəbərlər

Orphus sistemi