​Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib

​Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib Görüşdə münaqişənin sülh yolu ilə nizamlanmasına başqa bir alternativin olmadığı qeyd olunub
Qarabağ
10 May , 2016 23:35
​Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 11 may. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Gerbert Zalber İrəvanda Ermənistan prezidenti Serj Sarqsyan ilə keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı atəşkəsin pozulması hallarının araşdırılması və etibarın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinin zəruri olduğu vurğulanıb. Tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına başqa bir alternativin olmadığını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi