Aİ-nin xüsusi nümayəndəsi: "Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm"

Aİ-nin xüsusi nümayəndəsi: "Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm" "Atəşkəs rejiminə riayət olunması sülh danışıqlarının mühüm komponentidir"
Qarabağ
22 Oktyabr , 2016 09:57
Aİ-nin xüsusi nümayəndəsi: Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Avropa İttifaqında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki aprel hadisələrindən sonra atəşkəs rejiminə riayət olunacağına ümid edirlər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber Yerevanda jurnalistlərə bildirib. 

"Təəssüf ki, atəşkəs rejimi kobud şəkildə pozulub və aprel döyüşlərinin təkrarlanmasının qarşısının alınmasının mümkün olacağını düşünürəm. Çünki atəşkəs rejiminə riayət olunması sülh danışıqlarının mühüm komponentidir. Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm", - deyə G.Zalber vurğulayıb. 

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi oktyabrın 25-də Azərbaycana üçgünlük səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi