Bakı. 3 dekabr. REPORT.AZ/ "Avropa İttifaqı ATƏT məkanında həll olunmamış münaqişələrin olmasına, o cümlədən Dnestryanı ərazilərdə və Gürcüstandakı münaqişələrə, Dağlıq Qarabağda gərginliyin artmasına görə narahatdır".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ATƏT Nazirlər Şurasının 22-ci iclasında çıxışı zamanı deyib.
"Bu münaqişələrin uzadılmasında heç bir fayda yoxdur. Aİ bu münaqişələrin həlli prosesində fəal iştirakını davam etdirəcək", - F.Moqerini bildirib.