Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb

Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb Bölgədə daha cox çaqqal, canavar və tülkü kimi yırtıcı heyvanlara rast gəlinir
Qarabağ
12 İyul , 2015 18:38
Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb

Bakı. 12 iyul. REPORT.AZ/ Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb. Ağdam rayon 14 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən "Report"a verilən məlumata görə, son dönəmdə rayon ərazisində vəhşi heyvanların sayında artım qeydə alınıb.

Bölgədə daha cox çaqqal, canavar və tülkü kimi yırtıcı heyvanlara rast gəlinir. Səbəbi isə bölgədə ekoloji tarazlığın pozulmasıdır. 

Ermənistan silahlı qüvvələri hər il mütamadi olaraq işğal altında olan ərazilərdə yanğınlar törədir. Təmas xəttini keçən vəhşi heyvanlar və sürünənlər yaşayış evlərinə də soxulurlar.

Son xəbərlər

Orphus sistemi