ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb "Sabit danışıqlar prosesi tərəflər arasında etimadın artması üçün vacibdir"
Qarabağ
5 Sentyabr , 2014 10:27
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir müddət əvvəl baş vermiş gərginliklə əlaqədar narahatlığını bildirib. Report ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsi Con Kerrinin Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla görüşdə müzakirə olunub.

Görüşdə dövlət katibi qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "ABŞ hesab edir ki, hərbi əməliyyatların dayandırılması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması hər iki ölkənin xalqına sülh və firavanlıq gətirəcək və Cənubi Qafqazda sabitliyə gətirib çıxaracaq".

Bu məqsədləri nəzərə alaraq C.Kerri  prezidentləri atəşkəs rejiminə ciddi riayət etməyə və hər iki ölkənin ictimaiyyətinin sülhə hazırlanması üçün əlavə tədbirlər görməyə çağırıb.

Dövlət katibi həmçinin ATƏT-in Minsk qrupu səylərinin çərçivəsində prezidentlərin əsas tənzimlənmə elementləri üzrə danışıqları davam etdirmək niyyətlərini alqışlayıb. Con Kerri Minsk qrupunun himayəsi altında danışıq prosesinin daha "rəsmi" fazasına başlamağa çağırıb. "Sabit danışıqlar prosesi tərəflər arasında etimadın artırılması və bu bölgənin xalqlarının layiq olduqları daimi sülhün əldə olunmasına impuls yaratmaq üçün vacibdir" - deyə, ABŞ-ın dövlət katibi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi