​ABŞ səfirliyi vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görüb

​ABŞ səfirliyi vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görüb Diplomatik nümayəndəlikdə Dağlıq Qarabağ regionunda "ciddi eskalasiya" və "dinc əhali arasında itkilər" barədə məlumatların olduğunu bildiriblər
Qarabağ
4 Aprel , 2016 18:17
​ABŞ səfirliyi vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görüb

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına Dağlıq Qarabağ münaqişəsi zonasına getməməyi məsləhət görüb.

"Report"un verdiyi xəbərə görə, xəbərdarlıq səfirliyin saytında yer alıb.

Diplomatik nümayəndəlikdə Dağlıq Qarabağ regionunda "ciddi eskalasiya" və "dinc əhali arasında itkilər" barədə məlumatların olduğunu bildiriblər.

"ABŞ səfirliyi hələ də məmurlarına sözügedən regiona səfər etməyi qadağan edir. Həmçinin, biz ABŞ vətəndaşlarına Dağlıq Qarabağa getməməyi məsləhət görürük. Sözügedən regionda ABŞ-ın konsulluqları işləmir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, analoji bəyanat ABŞ-ın Ermənistandakı səfirliyinin saytında da yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi