Bakı. 15 sentyabr. REPORT.AZ/ "
Səfirin sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində baş tutacaq görüş zamanı vasitəçilər nazirlərlə bu ilin sonunadək prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəklər.
ABŞ səfiri həmsədrlərin regiona səfərinin dəqiq tarixinin isə məlum olmadığını bildirib: "Bu səfər payıza planlaşdırılır".
Qeyd edək ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı olacaq. Ümumi müzakirələr sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək.