Bakı. 6 may. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləməsi üçün onlarla səylə çalışır".
"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini" tanımasının mümkünlüyünü şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
Səfir tərəflərin atəşkəsə ciddi şəkildə riayət etməli olduğunu vurğulayıb.