ABŞ səfiri: "ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır"

ABŞ səfiri: "ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır" "ABŞ ayın sonuna qədər belə bir görüşün keçirilməsinə ümid edir"
Qarabağ
7 Dekabr , 2015 16:36
ABŞ səfiri: ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır

Bakı. 7 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək, danışıqlar prosesində irəliləyişə nail olmaq üçün çalışır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünü şərh edərkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, ABŞ ayın sonuna qədər belə bir görüşün keçirilməsinə ümid edir və bu görüş danışıqlarda irəliləyişə nail olmaq üçün səylərin təzahürüdür.

Son xəbərlər

Orphus sistemi