​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək

​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək Tədbirə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət olunub
Qarabağ
17 Dekabr , 2015 12:46
​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Xarici əlaqələr üzrə komissiyası gələn ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirəsini təşkil edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ermənilərin ABŞ-dakı "Hay data" komitəsinin təmsilçisi Elizabet Çulcyan bildirib.

Məlumata görə, müzakirə qapalı şəkildə keçiriləcək.

Tədbirə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət edilib. 

Son xəbərlər

Orphus sistemi