ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul edib

ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul edib Konnektikut ştatının Nümayəndələr palatası üçüncü ildir ki, Xocalıda törədilmiş dəhşətli qətliama dair Bəyanat qəbul edir
Qarabağ
22 May , 2015 06:01
ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası növbəti dəfə Xocalı qətliamına dair bəyanat qəbul edib

Bakı. 22 May. REPORT.AZ/ Konnektikut ştatının Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən "Report"-a verilən məlumata görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilatlar və bir sıra dövlətlərin hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülmüş, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilmişdir.

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilən dəhşətli qətliama dair Bəyanat qəbul edir.

Son xəbərlər

Orphus sistemi