Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin müavini Entoni Blinken Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər beynəlxalq və regional problemlər, o cümlədən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla həllinə dair fikir mübadiləsi aparıblar.